hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0547
  • NEFT - 63.84
  • clouds-weather

"Barselona"da prezident seçkilərinin yeni tarixi bəlli oldu

"Barselona"da prezident seçkilərinin yeni tarixi bəlli oldu

İspaniyanın "Barselona" klubunda koronavirus pandemiyası səbəbindən təxirə salınmış prezident seçkilərinin yeni tarixi açıqlanıb.

"Report" RAC1 radiosuna istinadən xəbər verir ki, seçkilər martın 7-nə təyin olunub. Seçicilər namizədlərə poçt vasitəsilə səs verəcəklər.

Hazırda bu vəzifə üçün 3 nəfərin namizədliyi təsdiqlənib. Bunlar Joan Laporta, Viktor Font və Toni Freyşadır.

Daha əvvəl Emili Russo şəxsi səbəblərdən namizədliyini geri götürüb.

Qeyd edək ki, Laporta 2003-2010-cu illərdə də "Barselona"nın prezidenti olub. La Liqa təmsilçisində son olaraq bu vəzifəni Jozep Maria Bartomeu yerinə yetirib. O, ötən ilin oktyabrında istefa verib.

Cebhe.info


Oxunma sayı: 1145