hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Baş nazir istefa vəd etdi: Ancaq bir şərtlə...

Baş nazir istefa vəd etdi: Ancaq bir şərtlə...

Böyük Britaniyanın Baş naziri Tereza Mey istefaya gedəcəyini bəyan edib.

Cebhe.info xəbər verir ki, o, bunun şərtlərini də açıqlayıb. Bildirib ki, əgər Nümayəndələr Palatası "Brexit"ə dair sazişi təsdiq edərsə, hakimiyyətdən getməyə hazırdır. 

ITV öz mənbəyinə istinadən bildirir ki, kabinet üzvləri ilə görüşdə Tereza Mey bu qərarını açıqlayıb.

Telekanalın xəbərinə görə, iclasda sabiq xarici işlər naziri Boris Conson, hakim partiyanın sabiq sədri İan Dankan Smit, "Brexit" üzrə sabiq nazir Devid Devis və başqa siyasətçilər iştirak edib.

Xatırladaq ki, “Brexit” 29 marta planlaşdırılmışdı, ancaq parlamentdəki səsvermələr buna imkan verməyib. Buna görə də, Britaniya birlikdən çıxış üçün iyuna qədər möhlət istəyib. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 744