hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Baş epidemioloq: “Olan şeyi niyə gizlədək, əhali xəstələnsin, epidemiya yayılsın?”

Baş epidemioloq: “Olan şeyi niyə gizlədək, əhali xəstələnsin, epidemiya yayılsın?”

“Azərbaycanda A/H1N1 virusu təhlükəsi yoxdur”.

Bu sözləri ölkədəki son durum barədə Cebhe.info-nun suallarını cavablandıran Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, hava damcıları ilə keçən xəstəliklərin mövsümi artıq qurtarıb:

“Buna səbəb mart ayının gəlməsi, havaların istiləşməsidir. Bu xəstəliklər əslində yayda da olur, ancaq bu, geniş şəkildə yayılmır. Qeyd edim ki, Türkiyə və Azərbaycan əhalinin sayına görə ən az xəstələnən ölkələr sırasındadır”.

Baş epidemioloq əlavə edib ki, yayılmış xəstəlikləri gizlətmək mümkün deyil:

“Məsələn, 2006-cı ildə “quş qripi” ilə bağlı televiziyada çıxıb bütün məlumatları verdim və bildirdim ki, bu qədər xəstə, ölən var. Biz bunu gizlədə bilməzdik və bilmərik. Olan şeyi niyə gizlədəkə Əhali xəstələnsin, epidemiya yayılsınə Əksinə bunun qarşısını almalıyıq. Biz əhalinin sağlamlığının qayğısına həmişə qalırıq və qalacağıq”.

Xatırladaq ki, fevral ayında İ.Ağayev ölkədə A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç birinin xəstəxanaya yerləşdirilmədiyini, onların hamısının sağlam vəziyyətdə olduğunu bildirmişdi:

“Həmin şəxslərdə adıçəkilən A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən təsdiqlənib. Amma bu, "donuz qripi" deyil, mövsümi qripdir".

Hicranə İsmayılova
Cebhe.info


Oxunma sayı: 5642