hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Baş həkim son duruma aydınlıq gətirib: “Dərmandan zəhərlənmə daha çox orqanizmdən asılıdır”

Baş həkim son duruma aydınlıq gətirib: “Dərmandan zəhərlənmə daha çox orqanizmdən asılıdır”

Kürdəmir rayonunda zəhərlənmə hadisəsi baş verib. Rayonun 1996-cı il təvəllüdlü Dəyirmanlı kənd sakini Səmədova Əfsanə Elşən qızı evdə qəbul etdiyi dərmandan zəhərlənib.

O, təcili tibbi yardım əməkdaşları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Görəsən, daha çox hansı dərmanlardan istifadə zəhərlənməyə səbəb olurə Ümumiyyətlə, dərmanlardan zəhərlənmənin səbəbi nədirə

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov sakitləşdirici, təzyiqi aşağı salan və antidepressant dərmanlar zəhərlənməyə səbəb olduğunu bildirib:

“Dərmandan zəhərlənmə daha çox orqanizmdən asılıdır. Bəzən insan orqanizmi bəzi dərmanları qəbul etmir və bu zaman həmin şəxslərdə zəhərlənmə halları baş verə bilir. Həm sakitləşdirici, həm yuxu, həm qan təzyiqi salan, həm də şəkər xəstəliyinə qarşı istifadə olunan dərmanlar bəzən orqanizmə əks-təsir göstərə bilir. Bundan başqa antidepressant dərmanlardan da zəhərlənmə halları olur.

Dərmanlardan zəhərlənmə halı o qədər də çox deyil. Hər ay 10-12 nəfər bu səbəblə müraciət edir, bu isə çox deyil. Mövsümlə əlaqədar olaraq qarpız və yemişdən zəhərlənmələrə gəldikdə, hazırda zəhərlənmə ilə bağlı müraciət yoxdu, hazırda onlarla bağlı sadəcə məsləhət alanlar var”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1046