hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Baş komandan: “Vəziyyət gərgindir”

Baş komandan: “Vəziyyət gərgindir”

“Ukrayna Silahlı Qüvvələri Şərqi Ukraynada və bütün Ukrayna-Rusiya sərhədində hərbi vəziyyətin kəskinləşməsinə sürətlə cavab verməyə hazırdır”.

Cebhe.info-nun məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Ruslan Xomçak yerli telekanallardan birinə açıqlamasında belə deyib.

“Ukrayna Silahlı Qüvvələri həm müvəqqəti işğal olunmuş ərazilərdə, Donetsk və Luqansk bölgələrində, həm də bütün Rusiya-Ukrayna sərhədində vəziyyətin kəskinləşməsinə cavab verməyə hazırdır. Təxribatlara sürətli cavab vermək üçün bütün lazımi tədbirləri planlaşdırmışıq”, - deyə general bildirib.

O, həmçinin son vaxtlar gərginliyin artmasına baxmayaraq, vəziyyətin nəzarət altında olduğunu qeyd edib.

“Yeni il başlanandan sonra Ukraynanın şərq cəbhəsində Rusiya Federasiyası snayperlərinin hücumlarının sayının artması, Ukrayna hərbçiləri arasında itkilərlə xarakterizə olunan gərginləşmə halları var. Bundan başqa, Ukraynanın dövlət sərhədi yaxınlığında Rusiya qoşunlarının yığıldığını görürük. Lakin bu o demək deyil ki, ölkəmizin ətrafında həlqə qapanır. Vəziyyət nəzarət altındadır. Ümidsiz olduğunu düşünməyin”, - Xomçak belə deyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 331