hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Baş məşqçi məşhur futbolçunu qovdu

Baş məşqçi məşhur futbolçunu qovdu

İstanbulun “Qalatasaray” klubu son vaxtlar oyunu narazılıq doğuran Naqatamo ilə yolları ayırır.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Məlumata görə, Naqatamo baş məşqçi Fatih Terimin gözündən “Real” Madridlə oyundan sonra düşüb.

Qeyd edək ki, Madriddə keçirilən həmin oyunda İstanbul klubu 6 cavabsız top buraxıb. Terim həmin matçda zəif oyun göstərən Naqatamonu heyətdən uzaqlaşdırmaq qərarına gəlib. 

“Qalatasaray” rəhbərliyi yapon futbolçunun menecerinə “ona klub tapın” mesajı verib.

Aydın
Cebhe.info


Oxunma sayı: 584