hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Baş məşqçini söyən Ronaldo üzr istəyəcək - QƏRAR

Baş məşqçini söyən Ronaldo üzr istəyəcək - QƏRAR

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldo ilə bağlı qərar çıxıb. 

Cebhe.info xəbər verir ki, klub rəhbərliyi “Milan”la oyuna əvəzləndiyi üçün baş məşqçini söyən və oyun bitməmiş stadionu tərk edən portuqaliyalı ulduz futbolçunun məsələsinə baxıb. Klub bu dəfə Ronaldoya güzəşt edərək onu cəzalandırmayıb.

“La Gazzetta dello Sport”un yazdığına görə, cəza almasa belə Ronaldo etdiyi hərəkətə görə komanda yoldaşlarından üzr istəyəcək.  Qeyd edək ki, Ronaldo “Milan”la oyunda 56-cı dəqiqədə əvəzlənib. Lakin o, buna etiraz edərək ehtiyat oyunçular skamyasına deyil, birbaşa  soyunub-geyinmə otağına yollanıb. Oradan isə oyun bitmədən stadion ərazisini tərk edib. 

Onun ehtiyat oyunçular skamyasının yanından keçərkən baş məşqçi Maurtisio Sarrini ünvanına söyüş söydüyü bildirilir.

Aydın
Cebhe.info


Oxunma sayı: 705