hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Baş məşqçi Hondadan narazıdır? - Rəsmi AÇIQLAMA

Baş məşqçi Hondadan narazıdır? - Rəsmi AÇIQLAMA

Keysuki Hondanın hazırlıq səviyyəsi və oyunu baş məşqçi Samir Abasovun ürəyincə deyil.

İddiaya görə, "Neftçi"nin baş məşqçisi yaponiyalı futbolçunun komandaya kömək etmək iqtidarında olmadığı qənaətindədir. Bildirilir ki, Abasov bununla bağlı fikirlərini rəhbərliyə çatdırıb. Hondanın artıq çəkisinin olması və ləngliyi Abasovu narazı salan əsas məqamdır (rekord.az).

Məsələ ilə bağlı "Neftçi" klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Unikal.org-a açıqlama verən klub rəsmisi belə bir halın baş vermədiyni deyib:

"Tamamilə yalandır. Samir Abbasov Honda ilə bağlı heç bir şikayətini dilə gətirməyib. Hondanın çəki artıqllığı ilə bağlı da problemi yoxdur".

Cebhe.info


Oxunma sayı: 518