hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Baş nazir: "İkinci dəfə karantin fəlakət olacaq"

Baş nazir: "İkinci dəfə karantin fəlakət olacaq"

İngiltərə Baş naziri Boris Consonun fikrincə, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ikinci dəfə karantin elan edilərsə, ölkə üçün fəlakət olacaq.

Cebhe.info xəbər verir ki, Baş nazir ikinci dəfə karantin qərarını “iqtisadiyyat üçün fəlakət” adlandırıb: "Yoluxmanın qarşısını almaq, ikinci dəfə karantinə girməmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. İkinci dəfə karantin elan edilməyi iqtisadiyyat üçün fəlakətdən başqa bir şey deyil".

İngiltərə Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, ölkə ərazisində son 24 saatda 3991 nəfər virusa yoluxub, virusdan həyatını itirənlərin sayı isə 41 684 nəfərdir. Beləliklə, ümumi yoluxma sayı 378 219 nəfər olub.

Qeyd edək ki, avqust ayından etibarən İngiltərədə virusdan ölüm halları çoxalıb. Beləliklə, 14 sentyabrdan bəri İngiltərədə 6 nəfərdən çox insanın birlikdə toplaşması qadağan edilib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 727