hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Baş nazir Moskvada əliboş qayıtdı: “Paşinyan Kreml üçün arzuolunmaz siyasi şəxsdir”

Baş nazir Moskvada əliboş qayıtdı: “Paşinyan Kreml üçün arzuolunmaz siyasi şəxsdir”

“Emənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri əsasən seçki öncəsi Rusiya ilə əlverişli müqavilələr bağlamaqla mövqeyini gücləndirməyi planlayırdı. Göründüyü kimi, Rusiya Prezidenti Paşinyana ona bu imkanı tanımadı”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Paşinyan Rusiya üçün arzuolunmaz siyasi şəxsdi və demək olar ki, Paşinyanın israrı ilə belə bir görüş baş tutdu:

“Moskvada Putinlə görüş səmərəsiz və heç bir nəticə əldə olunmayan sırdan bir görüş kimi xarakterizə etmək olar. Amma Rusiya Prezidenti Putinin Paşinyana Qarabağ separtaçıları ilə əlaqələri müntəzəm saxalmağı və dəstək verməsini istəyib. Çünki Rusiya tərəfi münaqişənin qaldığını göstərmək istəyir. Bu da Kremlin regionda geosiyasi maraqlarına cavab verir. Birbaşa Rusiya Prezidenti çalışır ki, Ermənistanla Azərbaycan arasında Qarabağ məsələsi aktual olsun. Rusiyada burada "barışdırcı" rolu ilə mövqeyini saxlasın”.

Politoloq hesab edir ki, Nikol Paşinyana seçki öncəsi Moskva ilə əlaqələr zəruru idi:

“Ona görə də buna getdi. Seçkidən sonra Paşinyan ölkəsində anti-Rusiya siyasətini davam etdirəcəyi gözlənilir. Paşinyanın Rusiya ilə əlaqələrinin zəifləməsi və onun Moksvadan əliboş qayıtması Azərbaycanın maraqlarına cavab verir. N. Paşinyan seçkidən sonra Qarabağda separatçılara görə Azərbaycanla əlaqələri korlamamaq siyasətinə üstünlük verəcəyi mümkündür. Əgər, Rusiya ilə birgə separatizmi dəstəkləsə, Rusiyadan aslılığı davam edəcək və öz hakimiyyətini riskə ata bilər. Ona görə də Paşinyan seçkidə qələbə əldə etdikdən sonra, Rusiyanın diktəsi ilə hərəkət etməyəcək.

Seçkidən sonra Paşinyan Prezident İlham Əliyevlə görüşmək istəyəcək. Bu, görüşün Avropada baş tutması mümkündür. Ermənistanın blokadan çıxması Prezident İlham Əliyevin siyasətindən asılıdır. Təbii ki, Ermənistan şərtlərə əməl etdikdən sonra”.

Cebhe.info


Oxunma sayı: 749