hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Baş nazir Nobel mükafatı aldı

Baş nazir Nobel mükafatı aldı

2019-cu il üçün Nobel sülh mükafatının sahibi açıqlanıb.

Cebhe.info-ya verilən məlumata görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata Efiopiyanın Baş naziri Abiy Ahmed Aliyə layiq görülüb.

O, mükafatı sülhə və beynəlxalq əməkdaşlıq istiqamətində çalışmasına, eləcə də Eritreya ilə sərhəd münaqişəsinin nizamlanmasına görə alıb.

Xatırladaq ki, ötən il Nobel Sülh Mükafatına konqolu həkim Deni Mukvege və İraqın yezidi kürd əsilli hüquq müdafiəçisi Nadia Murad layiq görülüblər.

Əhməd
Cebhe.info


Oxunma sayı: 837