hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Baş nazirdən müxalif liderin həbsinə reaksiya: "Onlar dövlətin ləyaqətini və sabitliyini qorudular"

Baş nazirdən müxalif liderin həbsinə reaksiya: "Onlar dövlətin ləyaqətini və sabitliyini qorudular"

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Vahid Milli Hərəkat" partiyasının sədri Nika Meliyanın həbsinə münasibət bildirib.

O, jurnalistlərə açıqlamasında bu gün hamının Gürcüstanın hüquqi və güclü dövlət olduğunu gördüyünü deyib.

İ.Qaribaşvili ölkədə polisinin güclü və Daxili İşlər Nazirliyinin effektiv fəaliyyət göstərdiyini bildirib: “Hökumət adından daxili işlər naziri Vaxtanq Qomelauri və bütün polislərə təşəkkür edirəm. Onlar dövlətin ləyaqətini və sabitliyini qorudular. Bir daha qeyd edirəm ki, biz qanunun aliliyi ilə idarə olunan dövlətik”/Report.

Cebhe.info


Oxunma sayı: 463