hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Baş nazirin iqamətgahına silahla girməyə çalışdı - Kanadada

Baş nazirin iqamətgahına silahla girməyə çalışdı - Kanadada

Kanadanın paytaxtı Ottavada silahlı əsgərin icazəsi olmadan Baş nazirin iqamətgahına girmək istəyərkən tutulduğu bildirilib.

Cebhe.info xəbər verir ki, Kanada Polis RCMP sözçüsü Mayk Duheme, Korey Hurren adlı əsgərin “Rideau Hall” kimi tanınan Baş nazirlik iqamətgahının və Kanada Qubernatorluğunun rəsmi ofisinin yerləşdiyi bağa girmək istəyərkən saxlanıldığı bildirib.

Duheme, Kanada Silahlı Qüvvələrinin Manitobadakı bölməsində xidmət edən şübhəlinin, üzərində həddindən artıq silahın olduğunu söyləyib.

Həbs olunduqdan sonra hakim qarşısına çıxarılan 46 yaşlı Hurrenin təhlükəli və diqqətsiz olaraq silah gəzdirməsi və əraziyə icazəsiz girməsi daxil olmaqla 22 ayrı ittihamla mühakimə ediləcəyi qeyd edilib.

Bildirək ki, 17 iyulda yenidən mühakimə olunacaq Hurrenə qarşı irəli sürülən ittihamda terrorizm və ya sui-qəsd kimi elementlər yer almayıb.

Cebhe.info


Oxunma sayı: 2256