hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Baş pediatr xəbərdarlıq edir: Təzə çıxan qarpız - yemişdən uşaqlarınıza verməyin!

Baş pediatr xəbərdarlıq edir: Təzə çıxan qarpız - yemişdən uşaqlarınıza verməyin!

“Rəsmi qurum bir sıra çimərliklərdən istifadəni qadağan edib. Artıq uşaqlarla bağlı xoşagəlməz hallar qeydə alınıb”.

Cebhe.info xəbər verir ki, bunu tanınmış həkim-pediatr Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, hamı qadağan olunan çimərliklərə gedir və uşaqlarını da aprırlar:

“Artıq xoşagəlməz hallar qeydə alınıb, yəni uşaqlar xəstələnir. Bu məsələyə nəzarət edin. Bu arada təzə çıxan qarpız - yemişdən uşaqlarınıza verməyin! Zəhərlənmə halları var”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarının normadan artıq olması ilə əlaqədar bu çimərliklərdən istifadəni qadağan edib.

Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə, çimərlik kimi istifadəyə yararlıdır.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 496