hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Baş prokuror itkin düşən hərbçilərin ailə üzvləri ilə görüşüb: "Əlaqədar dövlət qurumları məşğuldur"

Baş prokuror itkin düşən hərbçilərin ailə üzvləri ilə görüşüb: "Əlaqədar dövlət qurumları məşğuldur"

Bu gün Baş Prokurorluqda Baş Prokuror Kamran Əliyevin Vətən müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüşü olub.

Baş Prokurorluğun mətbuat xiudmətindən bildirilib ki, görüş zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib. Ailə üzvləri tərəfindən səsləndirilmiş şikayətlər qeydiyyata alınaraq hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Əsas və ağrılı problemlərimizdən biri olan itkinlərin axtarışı məsələsində mövcud problemlərin həlli ilə bağlı mümkün olan bütün imkanlardan istifadə ediləcəyi bildirilib.

Cebhe.info


Oxunma sayı: 463