hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Baş prokuror Köçəryanın həbsini tələb edir - ŞƏRH

Baş prokuror Köçəryanın həbsini tələb edir - ŞƏRH

Ermənistanın baş prokuroru Artur Davtyan bildirib ki, eks-prezident Robert Köçəryan azadlıqda qalmamalıdır. 

“Məhkəmələr qeyri-qanuni təsir etməklə dəlillər istəyir. Bizdə belə faktlar yoxdur. Ancaq biz bu barədə ehtimallardan danışırıq” - deyə Artur Davtyan R.Köçəryan və digərləri barədə işi dayandırmaq üçün məhkəmə qərarından Baş Prokurorluğun apelyasiya şikayəti verməsi ilə bağlı jurnalistlərə açıqlamasında bildirib. 

O, əminliklə qeyd edib ki, R.Köçəryanın azadlıqda olması məhkəmə prosesinin gedişinə mane ola bilər: "Ermənistan və Avropa İttifaqının presedent hüququ gələcək üçün risklərdən danışır. Orada qaçmaq ehtimalının prosesə maneə törətməsindən danışılır. Söhbət faktın baş verməsindən deyil, onun  mümkünlüyündən gedir”, - prokuror belə deyib. 

Onun sözlərinə görə, Köçəryanın ittiham olunduğu  cinayət işində onunla xidməti və ya başqa cür bağlılığı olan digər şəxslərin də əli var. 

Qeyd edək ki, Apelyasiya Məhkəməsində, konstitusiya quruluşunu güc yolu devirməkdə ittiham edilən Robert Köçəryanın vəkili Hayk Alumyan Armen Danielyanın hakimlərə sədrlikdən geri çağırılması üçün ərizə verib. Alumyan bəyan edib ki, hər iki apelyasiya şikayətinin prokuror Petros Petrosyan tərəfindən baxılması üçün məhz hakim Armen Danielyana verilməsi şübhə doğurur. Danielyan da  prokurorun şikayətini təmin edir. Bunun cinayət olduğunu söyləyən Köçəryan, hakimin də geri çağırılması üçün müraciət edib.

Buna etirazını bildirən baş prokuror Davtyan vəkilin müraciətini hakimlərin seçilməsinə müdaxilə adlandırıb. 

Məhkəmə isə tərəflərə işlə ətraflı tanış olmaq üçün vaxt verməyi qərara alıb və ixlası iyunun 14-ə qədər təxirə salıb.  

Erməni mediasının yazdığına görə, Apelyasiya Məhkəməsi R.Köçəryanın cinayət işinə baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilməsinə dair qərarın icrasını dayandıra bilər. Bu arada  Robert Köçəryanın vəkilləri Baş nazir Nikol Paşinyana qarşı qaldırdıqları şərəf və ləyaqətin alçaldıması ilə bağlı ittihamı geri götürüb. Vəkillər qarşı tərəfin izahatı ilə razı olduqlarını və iddianın səbəb olduğu N.Paşinyanın sonuncu bəyanatının R.Köçəryana aid edilmədiyini bildirib.

Qeyd edək ki, çıxışlarından birində N.Paşinyan “sabiq prezidentlər cinayətləri təşkil etməkdə ittiham olunurlarsa, onların toxunulmazlığı barədə danışıla bilməz” demişdi. Bundan sonra, R.Köçaryan şərəf və ləyaqətinin alçaldılması ilə bağlı baş nazirə qarşı iddia qaldırmışdı. 

Eks-prezidentin son addımı qarşı tərəflə kompromisin əldə edilməsinə hesablanmış yumşaldıcı addım kimi başa düşülə bilər. Əgər Apelyasiya Məhkəməsi R.Köçəryanın azadlığa buraxılmasına dair birinci instansiyanın qərarını ləğv edərsə, o zaman cinayətkar prezident yenidən həbs ediləcək. Görünür, bu təhlükəni hiss edən R.Köçəryan N.Paşinyana qarşı iddiasını geri götürməklə qarşı tərəflə anlaşma əldə etməyə çalışır. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 617