hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Baş Prokurorluq Sevil Atakişiyevanın intiharı ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Sevil Atakişiyevanın intiharı ilə bağlı məlumat yaydı

Bu gün Bakı şəhəri Xətai rayon prokurorluğunda 2001-ci il təvəllüdlü Sevil Atakişiyevanın intihar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 125-ci maddəsi ilə cinayət işi açılıb.

Baş Prokurorluqdan Cebhe.info-ya verilən məlumata görə, 2001-ci il təvəllüdlü Atakişiyeva Sevil Samir qızının fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb.

Baş prokurorluğun mətbuat xidmətindən həmçinin hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirildiyini bildiriblər.

Cebhe.info


Oxunma sayı: 683