hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Baş Prokurorluqdan 15 yaşlı yeniyetmənin ölməsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan 15 yaşlı yeniyetmənin ölməsi ilə bağlı AÇIQLAMA

Aprelin 30-da Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cebhe.info xəbər verir ki, bu barədə Səbail Rayon Prokurorluğu məlumat yayıb.

Aparılan araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilib.

Hazırda fakt üzrə Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 364