hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Baş redaktor Aslan İsmayılovla bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Baş redaktor Aslan İsmayılovla bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı Baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edib. 

Cebhe.info xəbər verir ki, baş redaktor sabiq vəkil Aslan İsmayılovla bağlı araşdırma aparılması istəyir. 

Belə ki, bu günlərdə A.İsmayılov "Facebook" səhifəsində paylaşdığı məlumatda bildirib ki, Gürcüstanda “Yeni Liderlər Təşəbbüsü” adlı bir layihə həyata keçirilir və həmin layihənin rəhbəri Kristina Puşau adlı ABŞ vətəndaşı, Azərbaycan üzrə koordinatoru Ziyəddin Aslan oğlu İsmayılovdur. Bu layihə ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində məlumatlar dərc olunub. O cümlədən, Aslan İsmayılovun oğlu Ziyəddin İsmayılov da sosial şəbəkədə Kristina Puşau ilə birgə çəkilmiş şəkillərini paylaşaraq layihədə koordinator olaraq iştirak etdiyini təsdiqləyib.

T.Şahsuvarlı bu barədə jurnalist araşdırması apardığını bildirib: “Məlum oldu ki, layihənin rəhbəri Kristina Puşau 2012-ci ildə ABŞ-ın Los-Anceles şəhərində yerləşən Cənubi Kaliforniya Universitetinin bakalavr pilləsini bitirib. Kristina Puşau orada təhsil alarkən universitetdəki Erməni Tələbələr Assosiasiyasının rəhbəri olub. Cənubi Kaliforniya Universiteti Erməni Tələbələr Assosiasiyasının "Facebook" səhifəsi mövcuddur. Bu səhifəyə göz gəzdirdikdə məlum olur ki, həm Kristina Puşaunun rəhbəri olduğu müddətdə, həm də ondan sonra təşkilat Azərbaycan və Türkiyə əleyhinə bir sıra aksiyalar təşkil edib. Həmin təşkilat ABŞ-dakı erməni diasporunun beyin mərkəzi olan Erməni Araşdırmalar İnstitutu ilə sıx əməkdaşlıq etməklə qondarma “erməni genosidi” ilə bağlı universitetdə çox sayda tədbirlər keçirib, o cümlədən 2016-cı ildəki “Aprel döyüşləri”ndə Azərbaycana qarşı açıq təbliğat aparıb”.

Baş redaktor hesab edir ki, Aslan İsmayılov və oğlunun Kristina Paşuanın timsalında erməni diasporu ilə əlaqələri müvafiq dövlət orqanları tərəfindən araşdırılmalı və bu barədə cəmiyyətə rəsmi açıqlama verilməlidir.

Cebhe.info


Oxunma sayı: 969