hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Baş redaktor Bakının problemindən yazdı: “Şəhər təsərrüfatı iflic vəziyyətdədir”

Baş redaktor Bakının problemindən yazdı: “Şəhər təsərrüfatı iflic vəziyyətdədir”

“Qar arzulayırdıq. Bu da qar! Səhərdən onlarla şikayət eşitmişik-qaz kəsilib, işıq yoxdur, internet bərbad gündədir, yollar qardan təmizlənməyib. Nəticə isə belədir: Şəhər təsərrüfatı iflic vəziyyətdədir”.

Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info portalının baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, yollarda bir dənə qartəmizləyən, qumsəpən maşın gözə dəymir:

“Körpülər, tunellərin çıxışı, yollarda eniş-yoxuş olan hissələr təmizlənməyib. Avtobuslar o ərazilərdə tıxaclarda ilişib qalıb. Bu qədər məsuliyyətsizlikmi olar? Neçə gündür hava haqqında xəbərdarlıq edilir.

5 ildə, 10 ildə bir dəfə qar yağır, onda da belə!

Nədən rayon yolları açıqdır, amma şəhərin daxili bu gündədir? Demək, problemlərin həlli məmur məsuliyyətinə bağlı məsələdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi niyə öz işini görür, daha çox qar yağan, relyefinə görə çətin şəraitdə olan yollarda nəqliyyatın hərəkətliliyini təmin edə bilir, amma paytaxtın cavabdeh qurumları işinin öhdəsindən gəlmir? Nəinki gəlmir, heç veclərinə də almırlar...”

R.Becanovun sözlərinə görə, çox vacib peşə sahibləri (həkimlər, iaşə, digər xidmət işçiləri və s.) kimi qar yağanda işə getməli olan sosial qruplardan biri də jurnalistlərdir:

“Onların yaşadığı ərazinin şəkillərinə baxanda, çox şey aydın olur. Xidmətdən kənar ərazilərdən biri də “Jurnalistlər binası” deyilən və şəhərin əsas giriş qapılarından biri olan cənub istiqamətidir. Yollar buz, qar və bir sözlə, xidmət göstərilməsi unudulmuş vəziyyət...”

Cebhe.info


Oxunma sayı: 5380