hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Baş redaktor: “Azərbaycan Rüstəm Muradovu boş yola salmaqla qətiyyətini ortaya qoydu”

Baş redaktor: “Azərbaycan Rüstəm Muradovu boş yola salmaqla qətiyyətini ortaya qoydu”

“Azərbaycan Rüstəm Muradovu boş yola salmaqla terrorla mübarizədə qətiyyətini ortaya qoyub. Bu, hər hansı təzyiqə baxmadan Azərbaycan dövlətinin terrorla mübarizədən geri dönməyəcəyinin göstəricisidir. Ermənistan da, Rusiya da, Ermənistanın havadarı rolunda çıxış edən başqaları da biryolluq anlamalıdırlar ki, təhdid və ya təzyiq keçərli deyil. Terrorçuluq və terrorla mübarizə hər kəsin daxili işidir”.

Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Baş redaktor bildirib ki, hərbi əməliyyatlardan sonra Azərbaycan ərazisində ələ keçən silahlı şəxslər hərbçi deyil, terrorçudur:

“Bu şəxslər də Qarabağ müharibəsində hərbi əməliyyatların başa çatmasından sonra saxlanılıblar. Müharibədən sonra Azərbaycan torpaqlarında diversiya həyata keçirmək istəyib və nəticədə əsir düşüblər. Onların geriyə verilməməsi bütün hüquqi prosedurlara uyğundur.

Əgər Ermənistan müharibənin təzə başa çatmasından istifadə edib, hansısa formada bu kimi terrorçuluq hərəkətlərinə yol verəcəksə, daha ağır nəticələrə qatlaşmalı olacaq. Azərbaycanın yeni bir anti-terror əməliyyatı başlatmaq hüququ var”.

R.Becanov xatırladıb ki, Ermənistan tərəfi bu günə kimi minalanmış ərazilərin xəritələrini vermir:

“Rüstəm Muradov da, Rusiya da Ermənistana həmin xəritələrin Azərbaycana təhvil verilməsi üçün təsir etməlidir. Amma onlar bunun əvəzində terrorçuların geri qaytarılması ilə məşğul olmağa çalışırlar. Diversantlar niyə verilməlidir ki? Minalanmış ərazilərin xəritəsi Azərbaycana verilir ki?!

Azərbaycan hərbi əsirlərin azad olunması, öz ölkəsinə təhvil verilməsi və dəyişdirilməsi ilə bağlı bütün hüquqi prosedurları düzgün icar edib və bütün addımlar Cenevrə Konvensiyasına da uyğun olub. Terrorçulara münasibət isə başqa olmalıdır və bu da haqlı mövqedir”.

Cebhe.info


Oxunma sayı: 2916