hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Baş redaktor: “Müharibədə meydanda ancaq özümüz olduq - Türkiyə ilə bərabər”

Baş redaktor: “Müharibədə meydanda ancaq özümüz olduq - Türkiyə ilə bərabər”

“Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların Füzuliyə və Şuşaya səfəri təşkil ediləndə ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberqer geməkdən imtina etdi.

Fransa və Rusiya səfirləri ilə bərabər bu imtinanın səbəbi ATƏT-in Minsk qrupunun neytrallığını qorumaq kimi qələmə verildi. ABŞ-ın Yerevandakı səfiri Linn Treysi isə atışmaların baş verdiyi Kəlbəcər rayonu istiqamətinə - Geqarkunik vilayətinə səfər edib. Səfəri zamanı Azərbaycan ordusunun mövqelərinin müşahidəsini aparıb. Səfiri isə Ermənistanın Müdafiə Nazirliyinin münayəndələri müşayiət ediblər”.

Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib. Baş redaktor bunu parodoks adlandırıb:

“Paradoks budur! Bir dövlətdəki səfir ölkəsi ATƏT-in Minsk Qrupunun həmsədri olduğu üçün guya neytrallığı qoruyur. Digər ölkədəki səfir isə o neytrallığı heçə sayıb müşahidəyə gəlir. Bu səfərlər arasında diqqət yetirilməli daha bir məqam var. Azərbaycan tərəfindən bu səfər mülki formada təşkil edilirdi. Yəni səfərin təşkilatçısı Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi idi. Ermənistan tərəfindən isə səfər Müdafiə Nazirliyi səviyyəsində təşkil edilib. Neytrallıq, həmsədrlik beləmi olur? Bu, ikili standartın, ikili yanaşmanın ən bariz göstəricisidir. Rusiya və Fransanı başa düşürük.

Məlumdur ki, Ermənistanı hər zaman qoruyan, Birinci Qarabağ müharibəsində bizim uduzmağımızın baiskarı Rusiya olub. On görə də Rusiyanın Ermənistanı hər hansı formada dəstəkləməsi Azərbaycan cəmiyyətində təəccüblə qarşlanmır. Eləcə də Fransa. Hətta bütün siyasi aspektləri kənara qoysaq belə, Fransa hər zaman Ermənistanı müdafiə edib. Bu da faktdır. Bəs simvolunda ədaləti və azadlığı təcəssüm etdirən ABŞ niyə bu münasibəti sərgiləməlidir? Niyə bir səfir belə, o biri səfir başqa qərar qəbul etməlidir?”

R.Becanovun fikrincə, bu ikili mövqe heç ABŞ-ın da fəaliyyəti zamanı Minsk qrupundakı həmkarlarından fərqlənmədiyini göstərir:

“Ona görə də Qarabağ problemi 30 il uzanıb. Bu ölkələrin hər üçü 30 il ərzində Azərbaycanın haqlı mövqeyini inkar edib. Ermənistana gizli və aşkar dəstək veriblər ki, iqtisadi və hərbi gücü olmayan, siyasi strategiyası "suda saman çöpü"nə bənzəyən bir ölkə, onun siyasi quldurları Azərbaycan torpaqlarını işğal altında saxlayıb.

Məhz bu kimi ikili yanaşmalar Azərbaycan cəmiyyətində ABŞ-ın mövqeyini zədələyib. Əslində vətəndaş, siyasi palitranın bir münayəndəsi olaraq, bunu heç arzulamazdıq. Amma nə edək ki, bu kimi ikili mövqelər öz işini görüb və görür. Belə olan halda ATƏT-in Minsk qrupuna kim və niyə inanmalıdır ki?! "Ölünü" diriltmək bizim nəyimizə lazımdır? 44 günlük müharibə zamanı biz meydanda ancaq özümüz olduq. Türkiyə ilə bərabər!”

Cebhe.info


Oxunma sayı: 2982