hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Baş redaktor Operativ Qərargaha səsləndi: “İnsanları evə yığmaq, qapıdan içəridə yaşamalarını diktə etmək lazım deyil”

Baş redaktor Operativ Qərargaha səsləndi: “İnsanları evə yığmaq, qapıdan içəridə yaşamalarını diktə etmək lazım deyil”

“Ümid edək və arzulayaq ki, sərt karantin rejimi avqustun 5-dən yumşaldılacaq. Çünki ömrün 6-cı ayını da bu şərtlər altında yaşamaq çox çətindir. Xüsusən uşaqlar üçün. Mütəxəssislərin dediyinə və həm də dədə-babadan eşitdiyimizə görə, günəş şüaları D vitamininin əsas mənbəyidir. Bunu da yayda qəbul etmək lazımdır. Bəzən "günəş vannası" şəklində. Bol oksigen də insan orqanizmi üçün əvəzedilməzdir. Dəniz suyu və qumu. Bu fikirlər mütəxəssilərin dedikləridir”.

Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, bütün bunlar lazım olduğu halda, sərt karantin rejimi, hərəkət məhdudiyyəti, olduğun bölgədən digərinə gedə bilməmək, bir sözlə, insanları evə yığmaq, qapıdan içəridə yaşamalarını diktə etmək lazım deyil:

“Zatən kimsə virusu inkar etmir. Amma indi tətbiq olunan mexanizm çıxış yolu deyil. Operativ Qərərgah bunların, insanların istəyinin fərqində olmalı deyilmi? Virusun payız dalğasına müqavimət üçün heç olmasa avqustu insanların ixtiyarına verməyə dəyməzmi?

2 və ya 3 saatlıq SMS-in ən azı yarım saatı şəhərdaxili müvəqqəti postlarda keçir. Bəzən tıxacın uzunluğu 1-3 km olur. Xüsusən hər gün gördüyüm “Azneft” dairəsində və ya Su İdmanı Sarayının yanında.Dəfələrlə ekspertlər, mütəxəssislər çıxış yolu kimi sərt karantin rejimindən imtina etməli olduğumuzu söyləyiblər. Amma kimsə diqqətə almır. Biz də digər ölkələrdəki kimi kollektiv immunitetin yaranması metodundan istifadə etməliyik”.

Baş redaktorun fikrincə, ümumi karantin rejimini saxlamaqla və əhalinin sıx toplaşma ehtimalı olan yerlərdə, marketlərdə, restoran və kafelərdə polis naryadlarının nəzarəti gücləndirməlidir:

“İlk növbədə özümüz pandemiya dövrünün tələblərinə riayət etməli - maska, sosial məsafə, gigiyenaya xüsusi önəm verməliyik. Gizli məclislər təşkil etməyin anlamı yoxdur. Bununla heç kim heç nə qazanmır, sadəcə, digərlərinə də, dövlətə də problem yaradır. Elə şeylər var ki, onu biryolluq anlamaq və əməl etmək vətəndaşlıq borcumuzdur.

Borcumuzdur ki, həyatımızı normala qaytara bilək...”

Cebhe.info


Oxunma sayı: 19889