hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Baş redaktor peyvənd olundu: “Vaksinasiya virusun əlimizdən aldığı həyatı özümüzə qaytaracaq”

Baş redaktor peyvənd olundu: “Vaksinasiya virusun əlimizdən aldığı həyatı özümüzə qaytaracaq”

“Cümhuriyət” qəzetinin baş redaktoru, Cebhe.info Xəbər Portalının direktoru Rəfail Becanov bu gün koronavirusa qarşı peyvənd olunub.

Cebhe.info xəbər verir ki, Rəfail Becanov peyvənd olunandan sonra səhhətinin normal olduğunu deyib:

“Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasında COVID-19 əleyhinə birinci peyvəndi vurdurduq. Hər şey qaydasındadır. Səhhətimiz normaldır. Hər hansı yan təsir hiss olunmur. Gözəgörünməz bəla olan koronavirusla mübarizə dövlətin strateji sosial siyasətidir. Ümid edirik ki, vaksinasiya virusun əlimizdən aldığı həyatı özümüzə qaytaracaq. Dövlətin sosial siyasətinin tərkib hissəsi olan bu addım əhalinin qorunması, əvvəlki həyatımızın bərpa olunması üçün çox mühüm prosesdir. Xeyirlisi”.

Cebhe.info


Oxunma sayı: 3114