hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Baş redaktordan Qərargaha irad: “İnsanları "toy oğrusu"na çevirməyin nə mənası var?”

Baş redaktordan Qərargaha irad: “İnsanları "toy oğrusu"na çevirməyin nə mənası var?”

“Ölkədə böyük və əhəmiyyətli futbol turniri keçirilir. Şəhərdə yüzlərlə turist var. Metro açılıb, sərbəst gediş-gəliş təmin olunub. Bir çox qadağalar aradan qaldırılıb. Amma hələ də elə qadağalar var ki, başadüşülən deyil. Bunlardan biri də toy şənlikləridir”.

Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, 30 min tamaşaçı stadionda futbola baxa bilirsə, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 810 857, ikinci mərhələ üzrə isə 964 462 nəfərdirsə, toylara da icazə verilə bilər:

“Niyə yaşıl işıq yandırılmasın? Yaxud futbol oyunları olanda şənbə və bazar günləri də avtobusların hərəkətinə icazə verilirsə, futbol olmayan günlərdə niyə icazə verilməsin?

Məzunlar üçün "Son zəng" keçirildi. Açıq havada, sosial məsafə qorunmaqla bu tədbirə icazə verilməsi alqışlanmalıdır. Çünki hər birimiz məzun olmuşuq və son zəngin məktəbi bitirənlər üçün nə qədər mənalı olduğunu bilirik. Məktəb məzunlarının ən böyük arzusu “Son zəng” tədbiri olur. Bu il buna icazə verməklə çox düzgün qərar verildi. İndi növbə toylarındır. Operativ Qərərgah deyilən qurum bəzi mətləbləri düzgün təhlil etməklə qərar verməlidir. Yoxsa insanları "toy oğrusu"na çevirməyin nə mənası var? Gizli şəkildə, “görüm-baxımla” onsuz da toy şənlikləri keçirilir. Kimsə 2ilişirsə”, bədəlini ödəyir, kimsə “ilişmirsə” xoş halına. İnsanları çətin durumla üz-üzə qoymağın nə anlamı var? Məntiq nədir? Operativ Qərargah bu məsələdə insanların, cəmiyyətin rəyini, tələblərini nəzərə almağa borcludur”.

Cebhe.info


Oxunma sayı: 4907