t Baş redaktorun deputatlığa namizədliyi qeydə alındı
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Baş redaktorun deputatlığa namizədliyi qeydə alındı

Baş redaktorun deputatlığa namizədliyi qeydə alındı

9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün seçki marafonuna qoşulan daha bir jurnalistin namizədliyi qeydə alınıb.

Cebhe.info xəbər verir ki, "Elçi.az" saytının baş redaktoru Əli Həziquliyev  96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

O, bu barədə özünün feysbuk hesabında yazıb.

“Namizədliyimi irəli sürən partiyamızın lideri, millət vəkili Qüdrət bəy Həsənquliyev başda olmaqla BAXCP İdarə heyətinə, namizədliyimin qeydə alıması üçün imza verən Goranboy-Naftalan sakinlərinin hər birinə, imzatoplama kampaniyasında əziyyətləri keçən hər bir insana və xüsusi olaraq namizədliyimi qeydə alan 96 saylı DSK sədri Arıf bəyə, bütün DSK üzvlərinə minnətdarlığımı bildirirəm. Yolumuz açıq olsun. Bütün namizədlərə uğurlar diləyirəm", - deyə Əli Həziquliyev bildirib.

Cebhe.info


Oxunma sayı: 859