hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Başına pul mükafatı qoyulan terrorçu öldürülüb

Başına pul mükafatı qoyulan terrorçu öldürülüb

Türkiyənin təhlükəsizlik qüvvələri “Boz kart” siyahısında olan və başına 300 min lirə pul mükafatı qoyulan terrorçunu məhv edib.

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Məlumatda qeyd olunur ki, Ağrının Patnos bölgəsində keçirilən əməliyyat nəticəsində 1 terrorçu silahları ilə birgə məhv edilib.

Araşdırmalar zamanı məlum olub ki, ölən terrorçu uzun zamandır axtarışda olan, adı “Boz kart”a salınan və tapılması üçün 300 min TL mükafat qoyulan Sezer İşık adlı şəxsdir. Sezer İşık terorçular arasında “Kava” kod adı ilə tanınıb.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 397