hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Batken vilayətinə xüsusi status veriləcək

Batken vilayətinə xüsusi status veriləcək

Ərazisində Tacikistanla silahlı sərhəd münaqişəsi baş verən Qırğızıstanın Batken vilayətinə yaxın zamanlarda xüsusi status veriləcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Baş naziri Ulukbek Maripov bölgəyə səfəri zamanı bildirib.

“Müvafiq qərar mənim tərəfimdən imzalanıb və baxılması üçün parlamentə göndərilib. O, qəbul olunan kimi Batken vilayəti vergi imtiyazları da daxil olmaqla, xüsusi status alacaq”, - Nazirlər Kabinetinin mətbuat xidməti hökumət başçısının sözlərini sitat gətirir.

Maripov, həmçinin bölgə sakinlərinin qarşıdurma zamanı dağıdılmış evlərinin dövlət hesabına bərpa ediləcəyini vəd edib.

Cebhe.info


Oxunma sayı: 430