hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

"Bavariya" Mandzukiçin transferindən imtina etdi

"Bavariya" Mandzukiçin transferindən imtina etdi

"Bavariya" "Yuventus"un futbolçusu Mario Mandzukiçi transfer etmək fikrindən daşınıb.

Trend-in məlumatına görə, Münhen klubu Filipp Koutinyoya görə "Barselona" ilə razılığa gəldikdən sonra bu qərarı verib.

Mandzukiçlə "Borussiya" (Dortmund) və "Atletiko"nun maraqlandığı iddia olunur.

Qeyd edək ki, xorvat hücumçu ötən mövsüm 33 matçda 10 qol vurub, 7 qolun ötürməsini verib.

Cebhe.info


Oxunma sayı: 529