hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

"Bavariya" Xorvatiya millisinin futbolçusunu icarəyə götürüb

"Bavariya" Xorvatiya millisinin futbolçusunu icarəyə götürüb

İtaliya "İnter"inin və Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç Almaniya "Bavariya"sına keçib.

"Report"un Münhen təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi sonradan birdəfəlik alınması şərti ilə 2019/2020 mövsümünün sonunadək icarəyə götürülüb. Bu, Perişiçin Almaniyaya ikinci qayıdışıdır. Təcrübəli oyunçu 2015-ci ilin avqustunda "İnter"ə transfer olunmamışdan əvvəl Dortmund "Borussiya"sı və "Volfsburq"da çıxış edib.

Qeyd edək ki, İvan Perişiç Xorvatiya millisinin üzvü kimi martın 22-də Azərbaycan yığmasına qarşı AVRO-2020-nin seçmə oyununda sonadək meydanda olub.

Cebhe.info


Oxunma sayı: 727