hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Bayden kasıb ölkələrə 500 milyon doza peyvənd bağışlayacaq

Bayden kasıb ölkələrə 500 milyon doza peyvənd bağışlayacaq

ABŞ Prezidenti Co Bayden aşağı gəlirli 100-ə yaxın ölkəyə 500 milyon doza peyvənd bağışlayacaqlarını açıqlayıb.

Cebhe.info xəbər verir ki, Co Bayden, ABŞ-ın qlobal peyvənd paylaşma planını açıqlayıb.

O, 100-ə yaxın aztəminatlı ölkə üçün 500 milyon doza “BioNTech/Pfizer” peyvəndi alacaqlarını açıqlayıb.

İngiltərənin Cornvall şəhərində başlayacaq G7 Sammitindən əvvəl İngiltərədə Baş nazir Boris Conson ilə görüşdükdən sonra Bayden bildirib ki, istehsal xəttindən çıxan kimi avqust ayında 500 milyon doza peyvənd göndərilməyə başlanacaq.

ABŞ-ın bu peyvəndləri qarşılığında heç nə gözləmədən təmin edəcəyini vurğulayan Bayden, "Bizim peyvənd bağışlamağımız heç bir fayda təmin etmək üçün təzyiq və imtiyazları əhatə etmir. Bunu insanları xilas etmək üçün edirik”.

Bayden, bu il 200 milyon doza peyvənd veriləcəyini, qalanının 2022-ci ilin birinci yarısında veriləcəyini söyləyib. ABŞ, Ümumdünya Səhiyyə Təşkilatının daha az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin peyvəndə çıxışını daha ədalətli etmək üçün başlatdığı COVAX qlobal peyvənd paylaşma ittifaqı tərəfindən 92 aşağı gəlirli ölkəyə paylanacaq peyvəndlər alaraq bağışlamağı öhdəliyinə götürür.

Baydenin bəhs etdiyi 500 milyon doza peyvəndin qiyməti açıqlanmayıb. Bununla yanaşı, ABŞ, 4 milyard dollarla COVAX-ın ən böyük donorudur. İndiyədək COVAX tərəfindən 81 milyon doza peyvənd paylandığı bildirilir. Xüsusilə Afrika da daxil olmaqla bəzi az gəlirli ölkələrdə peyvənd çatışmazlığı var.

Nigar
Cebhe.info


Oxunma sayı: 716