hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Bayden kəşfiyyata tapşırıq verdi: “Ruslardan pul alanlardan Navalnıya qədər araşdırın”

Bayden kəşfiyyata tapşırıq verdi: “Ruslardan pul alanlardan Navalnıya qədər araşdırın”

ABŞ Prezidenti Co Bayden kəşfiyyata Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı araşdırma aparmağı tapşırıb.

Cebhe.info xəbər verir ki, Bayden həm də rusiyalı hakerlərin ABŞ dövlət qurumlarının resurslarına müdaxilə imkanlarının qiymətləndirilməsini istəyib. Həmçinin keçən il ərzində olan hücumlarla bağlı hesabat tələb edib.

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, kəşfiyyatçılar həmçinin ABŞ əsgərlərinin Əfqanıstandan öldürülməsi üçün “Taliban” silahlılarının Rusiya xüsusi xidmət orqanlarından pul almasına dair məlumatları da araşdıracaq.

Xəzər
Cebhe.info


Oxunma sayı: 9846