hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Bayden Qarabağ məsələsində Türkiyəyə dəstək verdi

Bayden Qarabağ məsələsində Türkiyəyə dəstək verdi

Baydenlə Ərdoğan Qarabağ məsələsində razılaşma əldə edib

Bu barədə Türkiyənin Kanal 7 telekanalanın müxbiri Mehmet Acet AKP hakimiyyətindəki diplomatik mənbələrdən məlumat əldə edib.

Onun sözlərinə görə Türkiyə və ABŞ ptezidentləri danışıqlarda 5 məsələ ətrafında razılaşma əldə edib.

1. ABŞ Türkiyənin Liviyadakı siyasi mövqeyinə dəstək verib. Bayden Türkiyənin Liviyadan çıxması barədə ABŞ-ın tələbini geri götürüb. Vaşinqton Türkiyənin Liviya siyasətini qəbul edib.

2. ABŞ Liviyanın gələcək sisteminin formalaşmasında Türkiyənin iştirakı ilə razılaşıb.

3. Bayden Türkiyənin Dağlıq Qarabağ siyasətini bəyəndiyini bildirib və tərəflər Ankaranın bölgədə mövcud səylərini davam etdirmək barədə razılığa gəlib.

4. ABŞ İdlibdə yaşanan humanitar böhranın aradan qaldırılmasında Türkiyəyə dəstək vəd edib.

5. Türkiyə və ABŞ "S-400" zenit raket kompleksləri ilə bağlı gərginliyi artırmamaq və mövcud mövqelərində qalmağı qərara alıb.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 17964