hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Bayden Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Bayden Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Prezidenti Coe Baydenin administrasiyası Rusiyaya qarşı yeni sanksiyaların bir neçə həftə ərzində təklif olunacağını bildirib.

Cebhe.info-nun məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Cen Psaki açıqlama verib.

Bu müddətdə Vaşinqton “SolarWinds” sistemlərinə edilən kiberhücumda və Əfqanıstandakı Amerika əsgərlərinə hücumlara Moskvanın sponsorluq etməsinə dair iddiaları araşdıracaq. Rusiya hakimiyyəti bu ittihamları rədd edir.

Bir il əvvəl “New York Times” qəzeti ABŞ kəşfiyyatındakı anonim mənbələrə istinad edərək, Rusiya kəşfiyyatının Əfqanıstandakı Amerika birliklərinə hücumlarına görə “Taliban” yaraqlılarına mükafat təklif etdiyini yazmışdı. Lakin materialda heç bir dəlil təqdim edilməyib.

Rusiya səfirliyi təhdidlərə Vaşinqtondan adekvat cavab tələb etdi və məqalə dərc edildikdən sonra diplomatlara müraciət etməyə başladı. Rusiya Xarici İşlər Nazirliyi həmin məlumatı saxta adlandırıb.

Qəzetin verdiyi məlumatlar radikal “Taliban” hərəkatı tərəfindən də təkzib edilib. Terror təşkilatının nümayəndələri Əfqanıstanda hücumlar həyata keçirmək üçün Rusiyadan vəsait almadıqlarını bildirib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 694