Bayden Trampın impiçmentini ədalət mühakiməsi adlandırdı

“ABŞ Senatı Prezidenti Donald Trampın impiçmenti məsələsini nəzərdən keçirəcək, eyni zamanda digər vacib məsələlər üzərində də işləyəcək”.
Cebhe.info-nun məlumatına görə, ABŞ-ın yeni Prezidenti Cozef Bayden özünün keçid komandasının saytında yerləşdirdiyi açıqlamada belə qeyd edib.
Bayden bildirir ki, söhbət rəhbərlikdəki əsas vəzifələrə namizədlərin təsdiqindən, iqtisadiyyatın bərpasından və koronavirus əleyhinə peyvəndin paylanması proqramı üzərində işlənilməsindən gedir.
Nümayəndələr Palatasının impiçmentlə bağlı qərarını şərh edən Bayden deyib ki, konqresmenlər Konstitusiya səlahiyyətlərindən istifadə edib və Trampın hakimiyyətdən uzaqlaşdırılması və ədalət mühakiməsinə çıxarılması prosedurunun başlanması lehinə səs verib.
Müşfiq Abdulla
Cebhe.info
Oxunma sayı: 529
Bizim Telegram səhifəmizi izləyin