hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Baydenə impiçment elan ediləcək

Baydenə impiçment elan ediləcək

ABŞ Nümayəndələr Palatasının yeni üzvü Marcori Teylor Qrin ABŞ prezidenti Cozef Baydenə qarşı impiçment layihəsi hazırlayıb.

Cebhe.info-nun məlumatına görə, respublikaçı konqresmen prezidentin olduğu ilk iş günündə Cozef Baydenin impiçmentinə dair qərar layihəsini Konqresə təqdim etmək niyyətində olduğunu deyib.

“Amerika xalqı adından elan etmək istərdim ki, liderlərimizin cavabdehlik daşımasından əmin olmalıyıq. Prezident səlahiyyətlərindən sui-istifadə etmək istəyən və xarici hökumətlər, Çin enerji şirkətləri, Ukraynanın enerji şirkətləri tərəfindən asanlıqla rüşvət ala bilən Amerika Birləşmiş Ştatları Prezidenti bizim prezidentimiz ola bilməz. Bu səbəbdən 21 yanvarda Co Baydenə qarşı impiçment maddələri ilə müraciət edəcəyəm”-deyə “Hill” qəzeti Marcori Teylor Qrindən sitat gətirir.

Qrin təşəbbüsünə haqq qazandırmaq üçün yeni seçilmiş prezidentə qarşı hansı ittihamları irəli sürmək istədiyini açıqlamayıb. Lakin müsahibə zamanı Baydenin ABŞ vitse-prezidenti olduğu dövrdə Ukrayna əlaqələrindən bəhs edib.

Qeyd edək ki, Corcia ştatından Nümayəndələr Palatasına üzv seçilən Marcori Qrin hazırkı prezident Donald Trampın qatı tərəfdarlarından sayılır.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 628

Bizim Telegram səhifəmizi izləyin