hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Baydenin namizədindən ermənilərə vəd: “Azərbaycana yardıma yenidən baxıla bilər”

Baydenin namizədindən ermənilərə vəd: “Azərbaycana yardıma yenidən baxıla bilər”

“ABŞ Dağlıq Qarabağdakı son hərbi əməliyyatlar fonunda Azərbaycana göstərdiyi təhlükəsizlik yardımına yenidən baxa bilər”.

Cebhe.info-nun məlumatına görə, ABŞ-ın yeni Dövlət katibi postuna namizəd Entoni Blinken belə açıqlama ilə çıxış edib. Blinken Ermənistanın təhlükəsizliyini qorumaq və “Dağlıq Qarabağdakı humanitar böhran”dan çıxmaq üçün İrəvana maliyyə yardımının verilməsini dəstəkləyib.

“Təhlükəsizlik sahəsində, demokratik idarəetmənin gücləndirilməsi və iqtisadi böyümənin təşviqi üçün yardım vəsaiti ayrıla bilər”,-deyən E.Blinken bildirib ki, eyni zamanda, ABŞ Azərbaycana verdiyi yardımları nəzərdən keçirə bilər.

“Bu yaxınlarda Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ilə əlaqədar rəhbərliyimiz Azərbaycana təhlükəsizlik yardımını nəzərdən keçirəcək. Əgər vəziyyət tələb edərsə, Bayden-Harris administrasiyası “Azadlığa Dəstək” Qanununu 907-ci maddənin tələblərindən azad etməyi dayandırmağa hazır olacaq”.

Xatırladaq ki, ABŞ-ın “Azadlığa Dəstək” Qanununun 907-ci maddəsi ABŞ-ın Azərbaycan hökumətinə hər cür birbaşa yardımını qadağan edir. Blinken qeyd edib ki, əgər posta təsdqilənərsə, ABŞ Dağlıq Qarabağ münaqişəsini həll etmək və yeni müharibənin qarşısını almaq, həm də ermənilərin maraqlarını əks etdirən davamlı sülhü təşviq etmək fikrindədir.

“Prezident dedi ki, Amerika Birləşmiş Ştatları avropalı ortaqlarımızla işləyərək münaqişəyə davamlı həll yolu tapmaq üçün diplomatik səylərə rəhbərlik etməli və əzablara son qoymaq üçün beynəlxalq humanitar yardım göstərməlidir. Əgər təsdiqlənərəmsə, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin son həllinə dair axtarışlarında iştirakını gücləndirəcək, Dağlıq Qarabağın təhlükəsizliyini qoruyacaq və müharibənin yenidən başlamasının qarşısını alacağam”,-Blinken belə deyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1277