hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Bayram Məmmədovun işi ilə bağı sənəd yayıldı

Bayram Məmmədovun işi ilə bağı sənəd yayıldı

Sosial şəbəkədə gənc fəal Bayram Məmmədovun işində hal şahidliyi edən İntiqam Kərimov və Nizami Quliyevlə bağlı sənəd yayılıb.

Cebhe.info xəbər verir ki, vəkil Elçin Sadıqovun yaydığı sənədə görə, bu şəxslər mütəmadi olaraq məhkəmələrə çıxıb, şahidlik ediblər. Vəkil bildirib ki, Nizami Səlim oğlu Quliyev məhkəmədə onun və dövlət ittihamçısının sualına cavab olaraq heç bir işdə hal şahidi kimi çıxmadığını deyib. Ancaq sənədlər bunun əksini göstərir: “Belə ki, 160050407 saylı A.İ.Qənbərov barəsindəki cinayət işi üzrə Nizami Səlim oğlu Quliyev polis Şirəli Babayevin rəhbərlik etdiyi əməliyyatda 28 iyul 2016-cı il tarixdə hal şahidi kimi iştirak edib. Hansı ki, Şirəli Babayev Bayram Məmmədovun da barəsindəki saxta cinayət işi üzrə əməliyyata rəhbərlik edib. Beləliklə hər iki cinayət işində əməliyyata rəhbərlik edən şəxslə hal şahidi eyni adamdır. Sadəcə təqsirləndirilən şəxslərin adı başqadır”. Vəkil deyir ki, Bayram Məmmədovun işində iştirak edən digər hal şahidi İntiqam Asib oğlu Kərimov da 2014-cü ildə Əhmədov Turqay Tahir oğlu barəsində olan CM-nin 234.1-ci maddəsi ilə açılan cinayət işində hal şahidi olub və S.H.Nuriyevin 160050152 saylı cinayət işi üzrə 2016-cı ilin 23 martında hal şahidi olub”. Vəkil qeyd edir ki, İnformasiya Əldə Etmək Azadlığı haqqında Azərbaycan Respublikası Qanununun 29.1.28-ci maddəsinə əsasən məhkəmə aktları, həmin Qanunun 37.1.17-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları açıq məlumatlardır və məhkəmələr mütləq bu məlumatları dərc etməlidir: “Polislə əməkdaşlıq edən hal şahidlərinin adlarını gizlətmək onların daim polislə əməkdaşlıq etməsinə şərait yaradır. Buna görə də, məhkəmələr öz qərarlarını, hökmlərini dərc etmirlər”.

Sosial şəbəkələrdə yayılan məlumata görə, bu işdə hal şahidi kimi əm də Əliyev Əhməd Əhməd oglunun da adı hallandırılır. Səbail rayonu Mühafizə İdarəsində mülki əməkdaş olan bu şəxsin bundan əvvəl də bir sıra işlərdə hal şahidi kimi adının keçdiyi bildirilir.

Cebhe.info


Oxunma sayı: 408