hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Bayraq günü ilə bağlı xarici ölkələrdə də aksiyalar keçirilib

Bayraq günü ilə bağlı xarici ölkələrdə də aksiyalar keçirilib

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif aksiyalar təşkil edib.

Komitədən Cebhe.info-ya verilən məlumata görə, həm Azərbaycanda, həm də xaricdə yaşayan azərbaycanlı gənclər üçrəngli bayarğımıza bürünərək xalqımızı təbrik edib, bayrağımızın Şuşada və işğal edilmiş digər ərazilərimizdə dalğalanmasını arzulayıblar.

Eyni zamanda Azərbaycan Diaspor Könüllüləri sosial şəbəkələrdə bayraq günü ilə bağlı xüsusi paylaşımlar ediblər. Belə ki, könüllülər xarici ölkələrdə və ölkəmizin müxtəlif yerlərində bayrağımızla çəkilmiş fotolarını və təbriklərini #Azərbaycan #diaspora #vətənuzaqdadeyil #flag #9noyabr 1Addım1000AddımaYolAçır #AzFlag #Azerbaijan” həştaqları ilə sosial şəbəkələrdə paylaşıblar.

Tədbirlərin içərisində daha çox diqqəti cəlb edəni isə Bakı şəhərinin mərkəzində Azərbaycan Diaspor Könüllülərinin uşaqlara və xarici qonaqlara Dövlət Bayrağını paylaması olub. 

Şəhər sakinlərinin və qonaqların ciddi marağına səbəb olan tədbirdə üçrəngli bayrağımız və Dövlət Bayraq Günü ilə bağlı informasiyalar verilib, uşaqlara və qonaqlara bayraqlar hədiyyə edilib.

Xatirə
Cebhe.info


Oxunma sayı: 595