hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Bazarlarda təhlükəli məhsul dolaşır - AÇIQLAMA

Bazarlarda təhlükəli məhsul dolaşır - AÇIQLAMA

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin əməkdaşları müvəqqəti saxlama anbarlarında karantin məhsullar aşkar ediblər.

Azərbaycandan bu vilayətə ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidor gətirilib. Məhsula baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib. Onun mövcudluğu həmçinin müxtəlif laborator ekspertizalarla da təsdiqini tapıb. Nəticədə isə 36.5 ton pomidoru Rusiya Azərbaycana geri qaytarıb.

Görəsən, geri qaytarılan 36.5 ton pomidorun aqibəti necə olacaq?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub  Hüseynov bildirib ki, bu pomidorlar öz daxili bazarımıza çıxarılacaq:

“Bu pomidorların aqibəti çox qaranlıqdır. Təxminən 5 il bundan əvvəl böyük miqdarda fındıq Avropa bazarından geri qaytarıldı və taleyi də məlum olmadı. Əslində onun da taleyi məlumdur, bunların son ünvanı biz istehlakçılarıq. 22 ildir ki, mən istehlakçı hüququnu qoruyuram, bütün dövlət orqanlarıyla əməkdaşlıq etmək üçün məktublar göndərmişəm. Həmişə demişəm ki, dövlət orqanları işlərinin düzgün qaydada olmasını, biznes qurumları müştərilərinin artırılmasını istəyirsə, KİV-ni çağırsınlar, lakin çağırmırlar. 

Bu isə o deməkdir ki, bu mallar son vəziyyətdə istehlakçıların boğazına tıxanacaq. Bu pomidorlar böyük ehtimal, bazara çıxarılacaq, fərqli zavodlara verilərək fərqli məhsullar əldə ediləcək. Bu məhsullarda Amerika güvəsi də aşkarlansa, onlar bazarda satılacaq, çünki təsadüfi deyil ki, Azərbaycanın 4 növ məhsulu Avropa bazarına normal şəkildə çıxarılır. 

Balıq, balıq kürüsü, fındıq, qozdan başqa digər məhsulların çıxarılması çox nadir olur. Bu barədə Azad İstehlakçılar Birliyi hazırda Sabirabad rayonunda maarifləndirmə işləri aparır. Hacıqabulda üç kənddə aparmışıq, fərqli layihələr həyata keçirmişik, bununla bağlı Qida Təhlükəsizlik Agentliyinə də məlumat vermişik ki, bəs onların mütəxəssisləri də gəlib əhalini maarifləndirsin, lakin Qida Təhlükəsizlik Agentliyindən heç bir səs gəlmir. Buna görə də elə o qayıdan pomidorlar da bizim ümidimizə qalacaq”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 562