t BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarılıb
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarılıb

BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarılıb

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

Cebhe.info xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov vəzifələrindən azad olunub.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.

Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.

Cebhe.info


Oxunma sayı: 969