hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

BDU-nun tələbələri ilə bağlı daha bir olay: İki nəfərin vəziyyəti pisləşdi - RƏSMİ

BDU-nun tələbələri ilə bağlı daha bir olay: İki nəfərin vəziyyəti pisləşdi - RƏSMİ

Bakı Dövlət Universitetinin iki tələbəsinin vəziyyəti pisləşib. 

Səhiyyə Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, bu barədə məlumat Təcili Yardıma saat 08:15-də daxil olub. Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. 

Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1354