hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Bədən təması zamanı insanların beyni sinxron işləyir - MÖHTƏŞƏM KƏŞF

Bədən təması zamanı insanların beyni sinxron işləyir - MÖHTƏŞƏM KƏŞF

Finlandiyadan olan alimlər aşiq olan iki nəfərin beyin fəaliyyətini araşdırarkən qeyri-adi fenomen aşkarlayıblar.

Cebhe.info xəbər verir ki, bu barədə "Science Daily" yazır.

Məlum olub ki, yaxın təmasda olan zaman beyinlər sinxronlaşır.

Təcrübə üçün tədqiqatçılar MRT aparatını əvvəlcədən təkmilləşdirib, təcrübədə iştirak edən 10 cütlüyün hər biri 45 dəqiqə aparatda saxlanılıb.

Verilən tapşırığa əsasən, iştirakçılar barmaqları ilə bir-birinin bədəninin müxtəlif hissələrinə toxunublar. Yerindən qalxmaq və hərəkət etmək qadağan olunub.

Tədqiqat zamanı məlum olub ki, sevgililərin sensomotor şəbəkələri toxunma anlarında "rezonansa düşür" (eyni tezlikdə dalğalar meydana gəlir).

Alimlərin fikrincə, bu, insanların bir-birini sözsüz anlamağa başladıqları vəziyyəti izah edir. Bir çox sevgililərin illərlə qarşılıqlı marağı itirmədən yaşadıqlarını da məhz kəşf edilən rezonansla əlaqələndirirlər.

Cebhe.info


Oxunma sayı: 1178