hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Belarus ABŞ-dan yenə neft aldı

Belarus ABŞ-dan yenə neft aldı

Belarus ABŞ-dan ikinci tanker neft alıb.

Cebhe.info-nun məlumatına görə, 80 min ton neft avqust ayında Belarusa çatdırılacaq.

Bu barədə “Belneftxim” şirkəti açıqlama yayıb. Qeyd edilir ki, iyulun 16-da ABŞ-ın Beaumont limanından “White Eagle Blend” növlü neft Belarusa yola salınıb.

Tanker avqustun 6-8-də Litvanın Klaypeda limanına daşınacaq, sonra neft dəmir yolu ilə “Naftan” neft emalı müəssisəsinə çatdırılacaq. WEB ikisi ABŞ biri Kanada olmaqla üç növ neftin qarışığından ibarədir. Bu, Rusiyanın Ural neftinin emal olduğu Avropa zavodları üçün nəzərdə tutulub.

Xatırladaq ki, Belarus iyun ayının əvvəlində ABŞ-dan 77 min ton Texas nefti almışdı.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2586