hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Belarus müxalifətinin lideri milli təhlükəsizliyi pozmağa çağırışlarda günahlandırıldı

Belarus müxalifətinin lideri milli təhlükəsizliyi pozmağa çağırışlarda günahlandırıldı

İstintaq, Belarus Müxalifəti Koordinasiya Şurası Rəyasət Heyətinin üzvü Mariya Kolesnikovaya qarşı milli təhlükəsizliyə zərər vurmağa yönəlmiş hərəkətlərə çağırış ittihamı irəli sürüb.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

Söhbət "mediadan və internetdən istifadə edərək" verilən açıqlamalardan gedir.

İttiham CM-in 3-cü maddəsinin 361-ci bəndi ("Belarus Respublikasının milli təhlükəsizliyinə ziyan vurmağa yönəlmiş, KİV və İnternet şəbəkəsindən istifadə etməklə törədilən hərəkətlərə çağırışlar") üzrə verilib .

M.Kolesnikova həbsdədir, istintaq davam edir.

Cinayət Məcəlləsinin həmin maddəsinin sanksiyası 2 ildən 5 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

M.Kolesnikova sentyabrın 7-dən 8-nə keçən gecə hakimiyyəti ələ keçirmək çağırışlarına görə saxlanılıb. O, prokurorun sanksiyası ilə həbs olunub. Belarusun Dövlət Sərhəd Komitəsinin məlumatına görə, M.Kolesnikova Ukrayna ilə sərhədi silahdaşları Anton Rodnenkov və İvan Kravtsovla birlikdə qanunsuz keçərkən saxlanılıb.

Cebhe.info


Oxunma sayı: 1233