hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Belarus Rusiyadan qopur: Lukaşenkodan Putinə DİRƏNİŞ

Belarus Rusiyadan qopur: Lukaşenkodan Putinə DİRƏNİŞ

Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbə meyil edib.

Onun Rusiyadan uzaqlaşmaq istəyi Kremlin qəzəbinə səbəb olub. Görünür Mayk Pompeonun Belarusa səfərindən sonra Qərbdən böyük vədlər alan Lukaşenko 90-ci illərin ortasında Rusiyanı dəstəkləyən fikirlərindən imtina edib.

Digər tərəfdən Lukaşenko Rusiyanın Belarus ilə bərabərhüquqlu tərəfdaş kimi deyil, vassal kimi baxmasından da narahat olub. Bu və digər səbəblərdən Qərbə meyillənən Lukaşenkonu cəzalandırmaq üçün Rusiyanın muzdlu “Vaqner” qrupunun üzvlərini Minskə göndərdiyi düşünülür.

Bundan başqa Belarusda başlanan etiraz aksiyaları da oxşar təhdidlərdən xəbər verir.

Məsələyə münasibət bildirən politoloq Elşən Manafov deyib ki, Belarusun Rusiyadan uzaqlaşması Lukaşenkonun ölkədə mövcud hakimiyyətini qoruyub saxlamaq istəyindən irəli gəlir

“Rusiya ilə Belarus arasında mövcud problemlərin kökündə bir sıra məsələlər durur. Bu problemlər isə zamanında Lukaşenkonun həyata keçirdiyi siyasətin doğurduğu reallıqlardır. Çünki Lukaşenko Belarusiyanın Rusiya ilə Avrasiya İqtisadi Birliyində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunmasına razılıq vermiş dövlət başçısıdır. Bir zamanlar Belarus Rusiya ilə bir yerdə konfedarativ dövlət ola biləcəyi ilə bağlı fikirlər də vardı. Sonradan, xüsusən də ABŞ-ın Dövlət Katibi Mayk Pompeonun Belarusa səfərindən sonra Lukaşenkonun Rusiya ilə bağlı siyasətində bəzi fərqli tendensiyalar müşahidə olunmağa başladı. Etiraf edək ki, Birləşmiş Ştatlar da daxil olmaqla, Qərb Belarus Prezidenti Aleksandr Lukaşenkonu Avropanın sonuncu diktatoru kimi qəbul edirdi. Belarusiya isə Qərbin bu təzyiqləri qarşısında həmişə Rusiyaya sığınırdı. Eyni zamanda Belarusda Qərbin ciddi maliyyə institutları yoxdur. Ukrayna ilə müqayisədə bunu aydın görmək olur. Ukrayna ilə müqayisədə Qərbin maliyyə institutlarından maliyyə dəstəyi alan Belarus QHT-ləri yox dərəcəsindədir. Eyni zamanda Belarus Azərbaycanın ən yaxın müttəfiqdir. Azərbaycan Belarusa hər zaman yardım etməklə onun qismində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında özünə strateji tərəfdaş qazandı”.

Politoloq qeyd edib ki, hazırda Belarusda baş verən aksiyaların Minsk hökuməti ilə razılaşdırılmış şəkildə təşkil olunduğunu da istisna edilmir:

“Belarus ilə Rusiya münasibətlərinin kökündə duran digər faktorlar da var. Belə ki, Lukaşenko Rusiyanın Belarusa satdığı qazın qiymətini daha da aşağı salmağı Kremldən tələb etdi. Halbuki Rusiya onsuz da Belarusa qazı Avropaya və Ermənistana satdığından daha ucuz verirdi. Amma bununla yanaşı, Rusiya yenə də dəfələrlə güzəştə getdi. Lakin buna baxmayaraq Pompeonun Belarusa səfərindən sonra Lukaşenki Rusiya ilə Qərb arasında manevr etməyə başladı. Üstəlik biz Pompeonun səfərindən sonra Qərb yönümlü müxalifətin Lukaşenkoya qarşı çıxmadığını müşahidə edirik. Hazırda Belarusda baş verən aksiyaların Minsk hökuməti ilə razılaşdırılmış şəkildə təşkil olunduğunu da istisna edilmir. Çünki həmin aksiyaların şüarları ən çox Rusiya əleyhinədir. Halbuki bu müxalifət zamanında Belarusu Qərblə münasibətdən uzaq olduğu üçün qınayırdı. Düşürəm ki, keçiriləcək prezident seçkilərində Lukaşenkonun rəqibi də hansısa Qərb yönümlü müxalifət və onun təmsilçiləridir”.

Elşən Manafov onu da əlavə edib ki, Lukaşenko Rusiyanın Minskdən gözlədiyi addımları atmasa, seçkilərin sonluğunda ikinci turun keçiriləcəyini və Kremlə yaxın şəxsin seçkilərin fovariti olacağını istisna etmirəm:

“Rusiya Ukraynanın acı təcrübəsindən çıxış edərək, Belarusu da onun təsir dairəsindən asanlıqla çıxmasına imkan verməyəcək. Çünki Qərbin postsovet məkanında maraqları olduğu kimi, beynəlxalq münasibətlər sistemində özünün əvvəlki yerini bərpa etmiş Rusiyanın da maraqları var. Görünür Lukaşenko özünün hakimiyyət səlahiyyətlərinin itirilməsindən qorxuya düşüb. Çünki müxtəlif beynəlxalq təşkilatlara qatıldıqca bu səlahiyyətlərin bir hissəsi itirməyə məhkumdur. Lukaşenko əslində Qərb dövlətlərində olan demokratik düşüncəyə malik deyil. Bu mənada Putindən çox da fərqlənmir. Hərçənd ki, hər ikisinin dünya siyasi sferasındakı nüfuzu eyni ola bilməz. Sadəcə, ikisində də ciddi xarizmanın olmasını qeyd etmək olar. Bundan sonra da Lukaşenko özünün və komandasının hakimiyyətini qoruyub saxlamaq və bunu uzunmüddətli etmək naminə sözügedən addımları atır. Rusiya ilə hər hansı bir səlahiyyətləri bölüşmək istəmir. Bundan sonra ictimaiyyətə açıqlanmayan hər hansı bir məxfi danışıqlardan Lukaşenko Rusiyanın Minskdən gözlədiyi addımları atmasa, seçkilərin sonluğunda ikinci turun keçiriləcəyini və Kremlə yaxın şəxsin seçkilərin fovariti olacağını istisna etmirəm.

Bütün hallarda Rusiyanın Belarusda keçiriləcək seçkilərə müxtəlif yollarla müdaxilə edəcəyini düşünürəm. Rusiya özünün və Belarus xalqının maraqlarını qoruyan şəxsin hakimiyyətə gəlməsinə səy göstərəcək. Kremlin Belarusu itirməsi, perspektivdə NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması deməkdir. Rusiya isə özünün təhlükəsizliyi baxımından belə bir mənzərənin yaranmasına razılıq verə bilməz”.
Əli Bədir
Cebhe.info


Oxunma sayı: 14114