t Belarus Rusiyadan qopur: Son həlqə də qırılır
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Belarus Rusiyadan qopur: Son həlqə də qırılır

Belarus Rusiyadan qopur: Son həlqə də qırılır

Belarus Rusiyadan idxal etdiyi neft idxalını dayandırdıqdan sonra alternativ mənbələr axtarır. 

Rəsmi Minskin bu məqsədlə müraciət etdiyi ölkələr arasında Azərbaycan da var. "SOCAR Belarusa həm Azərbaycan, həm də digər istehsalçıların neftini tədarük etməyə hazırdır".

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Onlar bizə sorğu ilə müraciət edib. Lakin hələ konkret tədarükdən söhbət getmir. Belarus tərəfinə məlumat təqdim olunub. Prinsip etibarilə, həm Azərbaycan, həm də digər nefti tədarük etməyə hazırıq. Əvvəllər biz onları neftlə təmin edirdik. Bunu bərpa etməyə imkan var", - deyə İ.Əhmədov qeyd edib. Bundan başqa, İ. Əhmədov əlavə edib ki, hazırda Belarus tərəfi bazardakı imkanları nəzərdən keçirir. Xatırladaq ki, Belarus Baş nazirinin birinci müavini Dmitri Krutoy yaxın vaxtlarda alternativ mənbələrdən neftin idxalı ilə bağlı razılaşmaların əldə olunmasını gözlədiyini deyib. O qeyd edib ki, hazırda bir sıra ölkələrdən tədarük imkanları nəzərdən keçirilir. Baş nazirin müavininin sözlərinə görə, artıq bir sıra ölkələrə neftin tədarükü üçün müvafiq kommersiya təklifləri göndərilib. Bu ölkələr sırasında Ukrayna, Polşa, Baltikyanı ölkələr, Qazaxıstan və Azərbaycan yer alıb.

Belarus yanvarın 20-ə qədər Qazaxıstanla neftin tədarükünə dair məsələni müzakirə edəcək. Bu açıqlamanı isə Qazaxıstanın energetika naziri Nurlan Noqayev verib. “Əgər neft şirkətlərindən hər hansı biri iqtisadi cəhətdən münasib qiymətə və ya onları qane edən şərtlərlə öz istəyini bildirsə, düşünürəm ki, bu sövdələşmə mümkündür”- Qazaxıstan hökumətinin başçısı “Reuters”ə belə deyib. 

Qeyd edək ki, Belarus Qazaxıstandan ildə 3,5 milyon ton neft və neft məhsullarının tədarükündə maraqlıdır. Saziş baş tutarsa, Qazaxıstan nefti Belarusa Rusiya ərazisindəki Atırau-Samara kəməri vasitəsilə nəql oluna bilər. 

Bundan başqa, rəsmi Minsk Polşadan Səudiyyə Ərəbistanı və ABŞ-ın şist neftinin alınmasına dair təklifləri də nəzərdən keçirir. 2019-cu ilin dekabr ayında əldə olunmuş razılaşmaya görə Rusiyadan Belarusa 24 milyon ton neftin ixracı nəzərdə tutulurdu. Lakin yanvarın 13-də tərəflərin neft və neft məhsullarının tarifləri ilə bağlı razılığa gələ bilməməsi razılaşmanın pozulması ilə nəticələnib. Belarus Rusiya neftini 2020-ci ildə nəql etmək tarifləri 16,6 faiz artırmağı təklif edib. Məsələ yanvarın 15-dən gec olmayaraq həllini tapmadığına görə Rusiya Federasiyasının sosial-iqtisadi inkişafı üçün proqnoz parametrləri ilə müəyyən edilmiş 2020-ci il üçün orta illik istehlak qiymətləri indeksinin (3,8%) miqdarında, yəni 3 faizdən çox olmamaqla artacaq. Rusiya Anti-İnhisar Xidmətinin məlumatında belə deyilir. Belarus 2019-cu il sentyabrın 1-dən “Drujba” magistral boru kəməri vasitəsilə ötürülən neftin transit haqqını 3,7 faiz artırıb. 

Eyni zamanda Belarus Rusiyanın neft şirkətlərinə əvvəlki həcmdə mükafat ödəməkdən imtina edib. Minsk bunu iqtisadi cəhətdən məqsədəuyğun və mənasız hesab etdiyini bildirib. Belarus satış qiymətindəki dəyişiklik səbəbindən respublikaya rüsumsuz neft tədarükünün qiymətinə görə ödənilən mükafatın və ya pul kompensasiyasının ləğv edilməsini istəyir. 2019-cu ilin dekabr ayında Rusiya mükafat almadan neft sənayesindəki vergi manevrləri ilə əlaqədar Belarusun neft emalı zavodlarına satış qiymətini 34 faiz artırıb. 

Minsk Rusiyadakı vergi manevrindən üzləşdiyi itkiləri altı il ərzində 11 milyard dollar, yalnız 2019-cu ildə - 400 milyon dollar səviyyəsində qiymətləndirib. Bu, neftin 1 barelinə görə 70 dollara bərabərdir. Ancaq Belarusiyanın təzminat istəməsi ilə bağlı əvvəlki cəhdləri uğursuz olub. Moskva Minsk ilə vergi manevrinin təzminatı barədə razılığa gəlmişdi. Rusiyanın Belarusun neft emalı zavodlarına 1,5 milyard dollara yaxın subsidiya ödəyəcəyi haqda məlumatlar yayılmışdı. İl ərzində Belarusa daxili ehtiyacları ödəmək üçün 6 milyon ton, ixrac yönəldiləcək neft məhsullarının istehsalı üçün ildə 12-18 milyon ton neft lazımdır. Bu cür həcmləri yalnız bir neçə ölkə təmin edə bilər. Ekspertlər hesab edir ki, Polşa, Ukrayna, Qazaxıstan hamısı birlikdə və ya öz neft həcminin bir hissəsini Belarusa yönəltməklə bu tələbatı ödəyə bilər. 

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 12409