hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Belarusda Qərb-Rusiya “döyüşü” - “Lukaşenko güzəştə gedə bilər” - Politoloq

Belarusda Qərb-Rusiya “döyüşü” - “Lukaşenko güzəştə gedə bilər” - Politoloq

Belarusda keçiriləcək prezident seçkiləri yeni geosiyasi dəyişikliklərə gətirə bilər. Belarus Rusiya və Qərb arasında bufer zona olaraq birbaşa Rusiyanın maraq dairəsindədir”.

Cebhe.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, 26 il hakimiyyətdə olan A.Lukaşenkonun bundan sonra, hakimiyyətdə növbəti dəfə qalması, xalqın meydanlara çıxması ilə nəticələnə bilər:

“Qeyd edim ki, Qərbin dəstək verdiyi müxalifət namizədi Svetlana Tixanovskayadır. Svetlana Tixanovskaya böyük elektorada malikdir. Onun mitinqlərində izdihamın olması seçkilərin Lukaşenko üçün mürəkkəb keçəcəyini göstərir. A. Lukaşenko hadisələrin gərginləşəcəyi təqdirdə S. Tixanovskaya güzəştə gedə bilər. Bu da Rusiyanın fəal müdaxiləsinə gətirə bilər. Bu müdaxilə Belarusda Rusiya hərbiçilərinin qorunmasına hesablanması mümkün prosesdi. Rusiyanın qonşusu Belarusa demarşı digər qonşu ölkələri üçün də gələcəkdə təhlükəsizlik riskidir. Rusiya- Belarus siyasi qarşıdurması Qərb-Moskva münaqişəsinə kəçəcəksə, A. Lukaşenkonun hakimiyyətdə qalması mümkün deyil. Bundan əlavə, Rusiya Belarus ram edəcəksə, Mərkəzi Asiya və Qafqaz Moskvanın hədəfində olacaq. Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimləri və Cənubi Qafqazda möhkəmlənməsi Azərbaycanı bu risklərdən qoruya bilər. Rəsmi Bakının hazırkı geosiyasi strategiyası, Azərbaycanın təhlükəsizlik imkanlarını genişləndirir. Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz riskli regionlardı və bu ərazilərə yaxın Rusiya yeni müharibə məşqləri etməklə, region ölkələrinə əzələ nümayiş etdirir. Belarus seçkiləri, yuxarıda qeyd etdiyim regionlara geosiyasi təsir edir. Ona görə də bu seçki Qərblə Rusiya arasında yeni maraqlarının toqquşacağı seçkidir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 6898