hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Belarusda xalqı küçələrə çağırdılar

Belarusda xalqı küçələrə çağırdılar

Belarusda prezident seçkisinin "Exitpol" nəticəsi açıqlandıqdan sonra əhali küçələrə çağırılıb.

Cebhe.info xəbər verir ki, müraciət jurnalist Stepano Putilonun sosial şəbəkə hesabında yayılıb.

Ümumxalq mitinqi yerli vaxtla saat 22:00-a təyin edilib. Artıq ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları başlayıb. "Biz öz birliyimizi göstərəcək, şəhərin mərkəzinə toplaşaraq Lukaşenkosuz yeni seçki tələb edəcəyik", - deyə müraciətdə bildirilir.

Xatırladaq ki, Belarusdakı seçkinin nəticəsi rəsmən açıqlanmasa da, "Exitpol"a görə Lukaşenko 80 faizə yaxın səs toplayıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2179