hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Bələdiyyə sədrinə qarşı etiraz aksiyası

Bələdiyyə sədrinə qarşı etiraz aksiyası

Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyəsində işdən çıxarılan yüzlərlə işçi artıq 15-ci gündür ki, etiraz aksiyası keçirir. 

Cebhe.info xəbər verir ki, bugünkü aksiyada etirazçıların səsləndirdiyi şüarlar diqqət çəkib. Etirazçılar, “Ya qalib gələcəyik, ya da yox olacağıq!” şüarı səsləndirib, yazılı plakatlar nümayiş etdiriblər.

Qeyd edək ki, etirazçılar İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu onları heç bir səbəb göstərmədən sms vasitəsilə işdən çıxarmaqda ittiham edir. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 562